Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşlar rejimə savaş açdı: 47 polis öldürüldü

Vətəndaşlar rejimə savaş açdı: 47 polis öldürüldü

Tarix: 14 Sentyabr 2021 11:48

Myanmada ötən bazar günü 50-yə yaxın hərbçi və polis vətəndaş müqaviməti hərəkatının üzvləri tərəfindən öldürülüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qarşıdurmalar Çin ştatı və Maquey regionunda baş verib.

Belə ki, müqavimət hərəkatının 200 üzvü Çin ştatında kəndlərdən birində hərbi posta hücum etsə də, geri çəkiliblər. Lakin sonradan 400 insan həmin posta ikinci dəfə hücum edib. Atışma zamanı 12 hərbçi öldürülüb, 8 etirazçı isə xəsarət alıb. Silah və sursat götürən vətəndaşlar postu yandırıblar.

Maquey bölgəsində isə polis məntəqəsinə hücum olub. Qarşıdurma nəticəsində 5 polis əməkdaşı ölüb, 3 müqavimətçi yaralanıb. Daha sonra isə köməyə göndərilən 30 polis də pusquya salınaraq öldürülüb.

Milli.Az


Etiketlər:  Vətəndaşlar rejimə savaş açdı polis öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ