Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlbəyaxa döyüş növləri üzrə məşhur idmançı Süleyman Məmmədli vəfat etd

Əlbəyaxa döyüş növləri üzrə məşhur idmançı Süleyman Məmmədli vəfat etd

Tarix: 22 Sentyabr 2021 12:28

Şərq əlbəyaxa döyüş növləri üzrə tanınmış mütəxəssis, beynəlxalq dərəcəli hakim, Turan Do döyüş sənətinin banisi Süleyman Məmmədlinin vəfat etdiyi barədə xəbər yayılıb.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu barədə onun sosial şəbəkədəki səhifəsində qeyd edilib. 73 yaşlı idmançının ölüm səbəbi barədə məlumat verilməyib.

Süleyman Məmmədli 1948-ci ildə Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycanda İdman Akademiyasını bitirib. 1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb. 1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb. 70-dən artıq döyüş sənətini öyrənib.

Müxtəlif beynəlxalq seminarlarda iştirak eləyib, 47 dövlətdə olub. 2004-cü ildə Amerikada taekvandonun yaradıcılarından olan Bok Mann Kimlə tanış olub. Bundan sonra Çun Kuhn Do ilə məşğul olub. İlk dəfə dünyada ən yüksək dərəcə olan Qrand master dərəcəsini Amerikada alıb.

Əlbayağa döyüşün 4 növü üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand master dərəcəsi alıb.

Allah rəhmət eləsin.


Etiketlər:  Əlbəyaxa döyüş növləri üzrə məşhur idmançı Süleyman Məmmədli vəfat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ