Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2021 21:22
İslamabaddan Londona uçan "British Airways" şirkətinə məxsus "Boeing-777" təyyarəsi sərnişinin ölümü ilə əlaqədar Daşkənd hava limanına təcili eniş edib.
Sonxeber.net xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, qadının ölümünün ilkin səbəbi ürək tutmasıdır.
Mərhumun hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb.
Hazırda təyyarənin sərnişinləri Daşkənd hava limanının terminallarından birindədir və yola düşməyi gözləyirlər. (publika.az)