Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2)

Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2)

Tarix: 20 Avqust 2019 13:00

İlk xəbər saat 11:45-də yayılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Yasamal rayonunda İsmayıl bəy Qutqaşınlı küçəsi, 36 saylı binada yerləşən yaşayış binasında baş vermiş yanğında 17 sakin təxliyə olunub.

Bunu Trend-ə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, artıq bina sakinləri öz mənzillərinə geri dönüblər:

"Yanğın səhər saat 10:57-də qeydə alınıb. Alov 16 mərtəbəli binanın 13-16-cı mərtəbələrində giriş bloklarındakı elektrik kabellərində qeydə alınıb. Hadisə yerinə cəlb olunan əməkdaşlarımız dərhal bina sakinlərini təxliyə edərək alovun qarşısını alıblar. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb".

Rəis müavini əlavə edib ki, digər aşağı mərtəbələrdə də qismən yanğın qeydə alınıb.

XXX

saat 12:10

Bakıda çoxmərtəbəli binada yanğının səbəbi məlum olub.

Trend-in hadisə yerində olan əməkdaşı xəbər verir ki, ilkin məlumata görə, elektrik kabelləri bir-birinə dolaşaraq yanmağa başlayıb.

Yanğın 16 mərtəbəli binada baş verib və əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

XXX

saat 11:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2) Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2) Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2) Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2) Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2) Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2) Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub (FOTO) (YENİLƏNİB-2)


Etiketlər:  Bakıda çoxmərtəbəli binada yanğın zamanı 17 nəfər təxliyə olunub FOTO YENİLƏNİB 2

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ