Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Quraqlıq 64 il əvvəl yoxa çıxan şəhəri üzə çıxardı - FOTO

Quraqlıq 64 il əvvəl yoxa çıxan şəhəri üzə çıxardı - FOTO

Tarix: 24 Sentyabr 2021 10:40

ABŞ-da şiddətli quraqlıq 64 il əvvəl su altında qalan Rokport şəhərini üzə çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüntüləri Devon Dyui adlı gənc özünün "Twitter" hesabında paylaşıb.

On illər əvvəl su altında qalan şəhərin binalarının özülləri Yuta ştatında görünməyə başlayıb. Video müəllifinin sözlərinə görə, o, adətən su olan ərazidə köhnə evlərin təməlini və yolları görüb.

"Özüllər köhnə və çoxu yoxa çıxmış olsa da, hara baxacağınızı bilsəniz, onları aydın görə bilərsiniz", - deyə o bildirib.

Qeyd edək ki, Veber vadisində, Tri-Mayl kanyonunun girişində yerləşən şəhər 1957-ci ildə "Uenşip" bəndinin inşası üçün batırılmışdı. Sakinlərin etirazına baxmayaraq, ABŞ hökuməti bütün vadini satın alaraq, orada "Rokport" Su Anbarı yaratmışdı.

Milli.Az


Etiketlər:  Quraqlıq 64 il əvvəl yoxa çıxan şəhəri üzə çıxardı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ