Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim əlini hicablı qadının bədəninə toxundurmaq istədi, döyüldü - VİDEO

Həkim əlini hicablı qadının bədəninə toxundurmaq istədi, döyüldü - VİDEO

Tarix: 25 Sentyabr 2021 00:36

Rusiyanın Nijnevartovsk şəhərində həkim pasientinin əri tərəfindən zorakılığa məruz qalıb.

Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, hicablı qadın əri ilə dermotoloq yanına gəlib. Həkim onu müayinə etmək üçün bədəninin müəyyən hissələrinə (qoluna, ayağına, qarnına) baxmalı olduğunu deyib. Qadın isə bunun mümkün olmadığını bildirib. Bir qədər sonra xəstənin əri həkimin yanına gəlib.

"Deməli sən qadınların qarnına baxmağı xoşlayırsan?" deyib, həkimə yumruqla zərbələr endirib. Nəticədə həkim kəllə-beyin travması alıb. Bildirilir ki, hicablı qadın özü də yerli poliklinikada tibb bacısı işləyir. O, müayinə zamanı tələb olunan sadə prosedurlar haqda xəbərdardır. Faktla bağlı araşdırma başlanıb.


Etiketlər:  Həkim əlini hicablı qadının bədəninə toxundurmaq istədi döyüldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ