Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balqabaq toxumunun faydaları

Balqabaq toxumunun faydaları

Tarix: 25 Sentyabr 2021 08:06

Balqabaq toxumunun tərkibi protein, sink, maqnezium və marqanezlə çox zəngindir. Bundan başqa fitosterollar və sərbəst radikallara qarşı mübarizə apara bilən antioksidantların olması, balqabaq tumunun çox faydalı olmasını təsdiqləyir.
* Balqabaq tumunun tərkibində fosfor, maqnezium, manqanez, dəmir kimi minerallar var.
* Tərkibi K vitamini qaynağıdır.
* Tərkibində olan fitosterol birləşmələr qanda xolesterolun miqdarını aşağı salır.
* Depressiya əlamətlərini aradan qaldırır, yuxugətirici təsirə malikdir.
* Tərkibində olan sink və kalsium sayəsində osteoparoz əlamətlərini aradan qaldırır və xəstəliyin əmələ gəlməsinin qarşısını alır.
* Tərkibi B qrup vitaminlərlə və fol turşusu ilə zəngindir.
* Uzun müddət qəbul edildikdə artrit əlamətlərinin azalmasına səbəb olur.
* Böyrəklərdə olan kalsium daşlarının düşməsinə səbəb olur.
* Bağırsaq parazitlərinin tökülməsinə səbəb olur.
* Balqabaq tumu prostat vəzi xəstəliklərinə də faydalıdır. O prostatın böyüməsinin qarşısını alır.

Milli.Az


Etiketlər:  Balqabaq toxumunun faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ