Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhidlərin xatirəsi ədəbiləşdirildi - VİDEO

Şəhidlərin xatirəsi ədəbiləşdirildi - VİDEO

Tarix: 25 Sentyabr 2021 12:42

Xətai rayonunda şəhidlərin adına park və xatirə lövhəsinin açılışı oldu

Milli.Az Real TV-yə istinadən bildirir ki, Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun və Birinci Qarabağ müharibəsinin şəhidləri Fəzair Ziyadov, Nadir Mahmudovun adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirildi.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdi.

Mərasimdə hər üç şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açıldı.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.

Qeyd edək ki, Xətai rayonunda yerləşən park bu gündən istifadəyə verilib.

Milli.Az


Etiketlər:  Şəhidlərin xatirəsi ədəbiləşdirildi VİDEO


RƏYLƏR