Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 10:08
Pakistanın Bəlucistan vilayətində keçirilən əməliyyatla İŞİD-in yüksək səviyyəli komandiri Mümtaz Əhməd öldürülüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bəlucistan Terrorla Mübarizə Xidməti məlumat yayıb.
Bildirilib ki, 2018-ci ilin iyul ayında seçki mitinqi zamanı törədilən terrora görə məsuliyyət daşıyan İŞİD lideri Mümtaz Əhməd təhlükəsizlik qüvvələrinin Mastunq bölgəsində keçirdiyi əməliyyatla öldürülüb.
Qeyd edək ki, sözügedən hücumda təxminən 130 nəfər həyatını itirmişdi. Ölənlər arasında Bəlucistan Avami Partiyasının lideri Siray Raysani Navabzadə də vardı.