Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nərimanov rayonunda yolların yenidən qurulmasına 6.4 milyon manat ayrılıb

Nərimanov rayonunda yolların yenidən qurulmasına 6.4 milyon manat ayrılıb

Tarix: 28 Sentyabr 2021 14:39

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Etiketlər:  Nərimanov rayonunda yolların yenidən qurulmasına milyon manat ayrılıb


RƏYLƏR