Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı diplomat: Türkiyə ilə dərin problemlərimiz var

Amerikalı diplomat: Türkiyə ilə dərin problemlərimiz var

Tarix: 29 Sentyabr 2021 13:42

Türkiyə gələcəkdə Rusiya silahları alarsa, əlavə sanksiyalarla üzləşə bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri postuna namizəd Ceff Fleyk deyib.

"Türkiyə ilə əlaqələrimizdə dərin problemlər qalmaqdadır. Türkiyə Rusiyanın S-400-lərini seçdi. Bu, NATO müttəfiqlərinin 2016-cı ildə sammitdə qəbul edilən öhdəliklərinə ziddir. Bu, Türkiyənin F-35 proqramından çıxarılması və CAATSA sanksiyalarına məruz qalmasını sürətləndirdi. Türkiyənin gələcəkdə də rus silahlarını alacağı təqdirdə əlavə sanksiyalarla üzləşməsi riskinin olduğunu bir daha bildirirəm", - deyə diplomat bildirib.


Etiketlər:  Amerikalı diplomat Türkiyə ilə dərin problemlərimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ