Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayırıb

Prezident İlham Əliyev Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayırıb

Tarix: 30 Sentyabr 2021 14:21

Prezident İlham Əliyev "Kürdəmir rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (26 km)-Qarasaqqal-Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (26 km)-Qarasaqqal-Cəyli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayırıb


RƏYLƏR