Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qalatasaray” Fransadan 1 xalla döndü, “Fənərbağça” evdə uduzdu

“Qalatasaray” Fransadan 1 xalla döndü, “Fənərbağça” evdə uduzdu

Tarix: 1 Oktyabr 2021 07:30

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası "Legiya" Polşada İngiltərə "Lester Siti"sini qəbul edib və qalib gəlib.

C qrupunun digər matçında Moskva "Spartak"ı ilə İtaliya nəhənglərindən "Napoli"ylə üz-üzə gəlib. Bu qarşılaşma Rusiya təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" Fransada Marsel "Olimpik"inin qonağı olub və səfərdən 1 xalla dönüb. "Fənərbağça" isə İstanbulda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşmada darmadağına üzülüb.

Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
30 sentyabr

A qrupu

"Sparta" (Praqa, Çexiya) - "Reyncers" (Şotlandiya) 1:0
Qol: Hançko, 29.

"Olimpik" (Lion, Fransa) - "Bröndbü" (Danimarka) 3:0
Qol: Ekambi, 64; 71. Auar, 86.

Olimpik (Lion) - 6, Sparta - 4, Bröndbü - 1, Reyncers - 0

B qrupu

"Şturm Qrats" (Avstriya) - PSV (Niderland) 1:4
Qol: Stankoviç, 55 - Sanqare, 32. Zahavi, 51. Maks, 74. Vertessen, 78.

"Real Sosyedad" (İspaniya) - "Monako" (Fransa) 1:1
Qol: Merino, 53 - Disasi, 16.

Monako - 4, PSV - 4, Real Sosyedad - 2, Şturm Qrats - 0

C qrupu

"Legiya" (Polşa) - "Lester Siti" (İngiltərə) 1:0
Qol: M.Emreli, 31.

"Napoli" (İtaliya) - "Spartak" (Moskva, Rusiya) 2:3
Qol: Elmas, 1. Osimhen, 90+4 - Promes, 55; 90. İqnatov, 80.

Legiya - 6, Spartak - 3, Napoli - 1, Lester Siti - 1

D qrupu

"Antverpen" (Belçika) - "Ayntraxt" (Almaniya) 0:1
Qol: Pasiensiya, 90+1.

"Fənərbağça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) 0:3
Qol: Soares, 6. Masuras, 63; 68.

Olimpiakos - 6, Ayntraxt - 4, Fənərbağça - 1, Antverpen - 0

E qrupu

"Olimpik" (Marsel, Fransa) - "Qalatasaray" (Türkiyə) 0:0

"Latsio" (İtaliya) - "Lokomotiv" (Moskva, Rusiya) 2:0
Qol: Başiç, 13. Patriç, 38.

Qalatasaray - 4, Latsio - 3, Olimpik (Marsel) - 2, Lokomotiv - 1

F qrupu

"Braqa" (Portuqaliya) - "Midtyulland" (Danimarka) 3:1
Qol: Qaleno, 55-pen; 90+5. Horta, 62 - Evander, 19-pen.

"Lüdoqorets" (Bolqarıstan) - "Srvena Zvezda" (Serbiya) 0:1
Qol: Kanqa, 64.

Srvena Zvezda - 6, Braqa - 3, Lüdoqorets - 1, Midtyulland - 1

G qrupu

"Ferentsvaroş" (Macarıstan) - "Betis" (İspaniya) 1:3
Qol: Uzuni, 44 - Fekir, 17. Vinqo, 76-öz qapısına. Tello, 90+5.

"Seltik" (Şotlandiya) - "Bayer" (Leverkuzen, Almaniya) 0:4
Qol: Hinkapye, 25. Virts, 35. Alario, 58-pen. Adli, 90+4.

Betis - 6, Bayer - 6, Seltik - 0, Ferentsvaroş - 0

H qrupu

"Vest Hem" (İngiltərə) - "Rapid" (Vyana, Avstriya) 2:0
Qol: Rays, 29. Benrahma, 90+4.

"Genk" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:3
Qol: İvanuşeç, 10. Petkoviç, 45+3-pen; 67-pen.

Vest Hem - 6, Dinamo (Zaqreb) - 3, Genk - 3, Rapid - 0.

Milli.Az


Etiketlər:  Qalatasaray Fransadan 1 xalla döndü Fənərbağça evdə uduzdu


RƏYLƏR