Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 12:16
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Sputnik Azərbaycan İnformasiya Agentliyində Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı mətbuat konfransı keçirildi.
Mətbuat konfransında İctimai Birlik tərəfindən 6 dildə ( Azərbaycan, Rus, İngilis, Fransız, Ərəb, Alman dillərində bəyanat səsləndirildi. Mətbut konfransında Azərbaycan Respubilkasının Əsir və itkin düşmüş, girov
götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət komissiyasının işçi qrupunun rəhbər müavini Eldar Səmədov Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak edərək çıxış etdilər.
Çıxış edənlər tarixə nəzər salaraq Ermənilər tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş soyqırımlar, işgəncələr, əsir və itkin düşmüş şəxslər ilə bağlı məlumatları faktların və rəqəmlərin dili ilə dünya ictimaiətinə çatdırılmasının vacibliyindən danışdılar.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal konfransa çıxış edərək qeyd etdi ki, bu cür ictimai-siyasi, cəmiyyətə faydalı, Beynəlxlaq əhəmiyyətli mətbuat konfransını keçirməkdə əsas məqsəd Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiətinə çatdırılması yönümündə həyata keçirdiyi uğurlu Beynəlxalq siyasətə Azərbaycanın vətəndaş cəmiyyətinin milli və vətənpərvər əzimdə münasibətini ifadə etməkdir.
İcraçı direktor onu da bildirdi ki, Erməni vandalizimi nəticəsində əsir və itkin düşmüş, işgəncələrə məruz qalmış vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərdə Beynəlxalq hüquq təşkilatarı diqqətlə yanaşaraq ədalətli mövqe nümayiş etdirməlidir. Yüzlərlə soydaşımız Erməni qəsbkarlığının qurbanı olaraq soyqırma, terrora,işgəncələrə, insanlığa sığmayan vəhşiliyə rast gəlmişlər. Çoxlu sayda vətəndaşlarımız var ki, onlar hal-hazırda itgin dümüş,girov götürülmüş öz doğmaları haqqında təsəlli üçün hər gün, hər an gözləri yollarda ən yeni məlumatlar axtarışındadır.