Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsinin ildönümü münasibətilə Ali Hərbi Məktəbdə tədbir keçirilib - VİDEO - FOTO

Vətən müharibəsinin ildönümü münasibətilə Ali Hərbi Məktəbdə tədbir keçirilib - VİDEO - FOTO

Tarix: 1 Oktyabr 2021 13:56

Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən bildirilib.

Anım tədbirində şəhidlərin ailə üzvləri və yaxınları, məktəbin müəllim, zabit və kursantları iştirak ediblər.

Tədbirdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında geniş məlumat verilib. Şanlı qələbənin qazanılmasında Hərbi Məktəbin zabit və kursantlarının əvəzsiz rolu olduğu xüsusi vurğulanıb. Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğu qeyd edilib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik mövzusunda musiqili kompozisiya ilə çıxış edib.


Etiketlər:  Vətən müharibəsinin ildönümü münasibətilə Hərbi Məktəbdə tədbir keçirilib VİDEO FOTO


RƏYLƏR