Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Limonla saçlarınıza qulluq edin

Limonla saçlarınıza qulluq edin

Tarix: 2 Oktyabr 2021 17:45

C vitamini ilə zəngin olan limon düzgün istifadə edildikdə həm saçlara, həm də saç köklərinə olduqca faydalı təbii vasitədir.

Sonxeber.net Axşam.az-a istinadən limonun saça faydaları, zərərləri və saçınızı bərpa edəcək maskanı təqdim edir.

Limonun saç üçün faydaları

- Limonun tərkibində bol miqdarda C vitamini, kalsium, maqnezium, kalium, mis, folik turşusu və lif var. Tərkibindəki vitamin və minerallar sayəsində saçları gücləndirir və saç tellərini qalınlaşdırır.

- Limonun saç üçün digər ən böyük faydası isə kəpəyi yox etməsidir. Təkcə kəpəyi deyil, həm də baş dərisini təmizləyir və saç köklərində tıxanmaları aradan qaldırır.

- Limon saçları qidalandırır və yağlanmasını gecikdirir. Saçınıza müntəzəm limon suyu sürtdüyünüzdə qaşınma problemlərindən də qurtula bilərsiniz.

- Limonun tərkibindəki limon turşusu sayəsində saç rənginin tonunu təbii olaraq açılmasına yardımçı olur. Saçınıza limon sürtüb bir müddət günəşdə altında gözləsəz, rəngin getdikcə daha açıq olduğunu görə bilərsiniz.

Limonun saç üçün zərərləri nələrdir?

Tərkibindəki yüksək turşuluq səbəbindən limon saç köklərinə zərər vura, quruda və çox istifadə olunarsa eyni zamanda köklərdə qıcıqlanma yarada bilər. Bu səbəbdən mütəxəssislər limondan qədərində və düzgün istifadəni tövsiyə edir.

Limon maskası

Tərkibi:

2 xörək qaşığı bal

1 xörək qaşığı limon suyu

2 çay qaşığı zeytun yağı

4 damcı rozmarin ekstraktı

Bir qaba töküb qatılaşana qədər qarışdırın. Daha sonra masaj edərək saç diblərinə çəkin. 20 dəqiqə gözlədikdən sonra saçlarınızı sulfatsız şampunla yuyun.


Etiketlər:  Limonla saçlarınıza qulluq edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ