Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 22:00
Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.
Məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.