Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Xızıda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayırıb

Prezident İlham Əliyev Xızıda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayırıb

Tarix: 5 Oktyabr 2021 14:45

Prezident İlham Əliyev Xızı rayonunun Giləzi-Xızı (18 km)-Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Giləzi-Xızı (18 km)-Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Xızıda avtomobil yolunun tikintisinə 64 milyon manat ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ