Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ən təhlükəli simptomu açıqlandı

Koronavirusun ən təhlükəli simptomu açıqlandı

Tarix: 6 Oktyabr 2021 09:08

Koronavirus infeksiyasını tənəffüs sürətinə görə təsbit etmək mümkündür.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı allergoloq-immunoloq Vladimir Bolibok bəyan edib.

Onun sözlərinə görə, COVİD-19-un yeni ştamlarında qoxu itkisi, öskürək və hərarət artıq koronavirusun vacib əlaməti sayılmır.

"Diqqət etməli olduğunuz ən vacib şey insanın boğulmağa başlamasıdır. Təngnəfəslik  müşahidə edilərsə, bu, ən təhlükəli simptomdur", - deyə həkim bildirib.

Onun sözlərinə görə, əgər insan ağır fiziki əməklə məşğul deyilsə, yaxud sakit haldadırsa (stress keçirmirsə), onun nəfəs alma sürəti dəqiqədə 20 nəfəsi keçməməlidir. Sakit vəziyyətdə insan daha tez nəfəs alırsa, təcili olaraq həkimə müraciət etmək lazımdır.


Etiketlər:  Koronavirusun təhlükəli simptomu açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ