Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 14:25
Aparıcı Kamran Həsənli yeni mövsümdən MTV kanalı ilə əməkdaşlığa başlayacaq.
Sonxeber.net xəbər verir ki, bu haqda xəbəri axşam.az-a təsdiqləyən K.Həsənli bildirib ki, burada aparıcı kimi fəaliyyət göstərməyəcək:
"Əslində işbirliyim prodakşınlardan biri ilədir. Orada layihə hazırlanır. Mən də layihəyə məsləhətçi sima kimi daxil olmuşam. Həmin veriliş MTV-də efirə gedəcək".
K.Həsənli özünün aparıcı kimi televiziyada çalışmasına isə imkan verilmədiyini bildirib:
"Gedib kanal qapısını döyə bilmərəm. Hardansa təklif gəlməlidir ki, mən də çalışım. Amma təklif yoxdur. Məni kanallara yaxın buraxmırlar. Mənə qarşı telekanallar koalisiya qurub".