Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elnur Əşrəfoğlunun vəziyyəti ağırdı

Elnur Əşrəfoğlunun vəziyyəti ağırdı

Tarix: 6 Oktyabr 2021 14:52

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır, kritik olaraq qalmaqdadır".

Sonxeber.net xəbər verir ki, bu barədə "Yeni Klinika"dan modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ötən müddətdə xəstənin ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər yoxdur:

"Bu səbəbdən də ECMO vasitəsilə dəstək davam etdirilir".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Jurnalistin anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.


Etiketlər:  Elnur Əşrəfoğlunun vəziyyəti ağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ