Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya bu türk gözəlindən danışır - Rədd etdi - FOTO

Dünya bu türk gözəlindən danışır - Rədd etdi - FOTO

Tarix: 7 Oktyabr 2021 20:00

Puerto-Rikoda keçiriləcək "Dünya gözəli" yarışmasında ("Miss world") Hollandiyanı təmsil etmək hüququ qazanan Dilay Villemesteyin yarışmaya qatılmayacaq.

Sonxeber.net xəbər verir ki, buna səbəb onun COVID-19 əleyhinə peyvənddən imtina etməsidir.

Beləki, D. Villemesteyin hələ peyvənd vurdurmağa hazır olmadığını, buna görə də Puerto-Rikoya getməyəcəyini açıqlayıb.

O qeyd edib ki, qərarından peşman deyil:  

"Özümü rahat hiss etmədiyim bir şeyi etsəm daha çox peşman olaram. Qərarımın arxasındayam. Bu qapı bağlanacaq, amma mənim üçün yeni qapılar açılacaq".

Qeyd edək ki, anası türk, atası hollandiyalı olan 21 yaşındakı D.Villemesteyin iyul ayında Hollandiya gözəli seçilmişdi.


Etiketlər:  Dünya türk gözəlindən danışır Rədd etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ