Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 20:12
"Fərdi məşq edərkən ayağım burxulub".
Sonxeber.net xəbər verir ki, bunu oxu.az-a sol ayağı qırılan karateçi Rafael Ağayev deyib.
O bildirib ki, ayağında çat da var:
"Hadisə dünən baş verib. İndividual şəkildə məşq edirdim. Bu zaman sol ayağımda dəhşət ağrı hiss etdim. Həkim müayinəsindən sonra məlum oldu ki, ayağımda çat və balaca qırıq var.
Hazırda ayağım gipsdədir. Sağlamlıq vəziyyətimə 10-12 gün sonra aydınlıq gələcək. Dünya çempionatına bir aydan çox vaxt qalıb. Gips açıldıqdan sonra ora gedib-getməyəcəyim tam dəqiq bilinəcək".