Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 22:32
"Bir müddətdir ki, Rusiyanın zərərli fəaliyyətininin gücləndiyini müşahidə edirik. Bu səbəbdən də ayıq olmalıyıq".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq deyib.
Baş katib NATO-da Rusiya missiyasının 8 təmsilçisinin akkreditasiyasının ləğvinə də toxunub: "Rusiyanın NATO-dakı nümayəndə heyətinin üzvlərinin akkreditasiyadan kənar fəaliyyət göstərdiyi məlum oldu. Akkreditasiyalar bu səbəbdən ləğv edildi".
NATO-Rusiya münasibətlərinin soyuq müharibədən sonra ən pis səviyyəyə düşdüyünü vurğulayan Stoltenberq Moskva ilə faydalı bir dialoqa açıq olduqlarını bildirib.
O, 2 ildir keçirilməyən NATO-Rusiya Şurası iclaslarını təşkil etməyə hazır olduqlarını və Rusiyaya dəvət göndərdiklərini, amma Moskvadan müsbət cavab alınmağını deyib.