Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Səkkiz milyard dollara ehtiyac var”

“Səkkiz milyard dollara ehtiyac var”

Tarix: 8 Oktyabr 2021 10:12

BMT-nin Baş katibi Antonio Qutyerreş dünya əhalisinin 40 faizini ilin sonuna qədər koronavirusa qarşı peyvənd etdirmək üçün əlavə səkkiz milyard dollara ehtiyac olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qlobal vaksinasiya strategiyasını təqdim edib.

Antonio Qutyerreşin sözlərinə görə, ÜST-ün hazırladığı plana əsasən 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, 2022-ci ilin ortalarına qədər isə 70 faizini vaksinasiyadan keçirmək nəzərdə tutulur.

"Bu planın müvəffəqiyyəti dünyda peyvəndlərin ədalətli paylanmasından asılıdır. Əlaqələndirilmiş və ədalətli bir yanaşma olmasa, ölkələrdə xəstəliyə yoluxanların sayının azalması davamlı proses olmayacaq. Hamının xeyri üçün vaksinasiyanın bütün ölkələri əhatə etməsinə çalışmalıyıq", - deyə Antonio Qutyerreş vurğulayıb.

Milli.Az


Etiketlər:  Səkkiz milyard dollara ehtiyac var


RƏYLƏR