Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Valideynləri uşaqların peyvəndlənməsi ilə bağlı qorxudurlar - Pediatrdan ÇAĞIRIŞ

Valideynləri uşaqların peyvəndlənməsi ilə bağlı qorxudurlar - Pediatrdan ÇAĞIRIŞ

Tarix: 8 Oktyabr 2021 20:20

"Məktəblər açıldıqdan sonra uşaqlar arasında koronavirusa yoluxma riski daha çoxdur".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev deyib. O bildirib ki, son günlər valideynlər arasında uşaqların peyvənd olunması ilə bağlı həyəcan hiss edilir:

"Təxminən ilin əvvəlində belə bir fikir tirajlanırdı ki, uşaqlar üçün xüsusi peyvənd hazırlanır, amma olmadı. Avropa ölkələri 12 yaşdan yuxarı uşaqların "Pfizer"lə peyvənd olunması barədə qərar veriblər. Bizdə də bu qərar var və bunun üçün hər iki valideynin icazəsi olmalıdır.

Uşaqların peyvəndləmə kampaniyası başlamamış, valideynləri qorxuya salırlar ki, guya peyvənddən sonra uşaqların yaşaması mümkün olmayacaq. Bu, heç bir elmi sübuta əsaslanmayan fikirdir. Bu fikrin daşıyıcıları arasında immunologiyadan, virusologiyadan, epidemiologiyadan kifayət qədər bilgisi olmayan həkimlər var. Bu fikrin real olması ilə bağlı mötəbər mənbə yoxdur. Əgər varsa, bizə də göstərsinlər. Onsuz da iki ildir, insanlar aşırı gərginlik içində yaşayır. Uşaqlar isə ən həssas yerimizdir".

Milli.Az


Etiketlər:  Valideynləri uşaqların peyvəndlənməsi ilə bağlı qorxudurlar Pediatrdan ÇAĞIRIŞ


RƏYLƏR