Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2021 14:00
Qatıq bədəndəki yağı yandıraraq arıqlamağa kömək edən ən sadə vasitədir. Xüsusən isti yay günlərində istehsal edəcəyiniz qatıq ən yüngül qəlyanaltı seçiminiz olacaq. İçindəki faydalı bakteriyalar sayəsində sağlamlığa müsbət təsir göstərən qatıq həm də həzm prosesini asanlaşdırır.
Sonxeber.net Axşam.az-a istinadən qatıqla 1 həftədə 3 kiloqram çəki atmağınıza yardımçı olacaq pəhriz proqramını təqdim edir.
Səhər yeməyi: 1 stəkan şəkərsiz çay, 300 qram yağsız qatıq
Nahar: 1 boşqab tərəvəz şorbası, 4 xörək qaşığı ətli tərəvəz yeməyi, 300 qram yağsız qatıq, 250 qram qarpız
Qəlyanaltı: 300 qram yağsız qatıq, 1 stəkan şəkərsiz çay, 1 porsiya meyvə
Şam yeməyi: 1 fincan tərəvəz şorbası, 60 qram ət, 300 qram yağsız qatıq
Yatmazdan əvvəl: 1 stəkan çobanyastığı çayı, 3 gavalı.