Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 10:16
Əfqanıstanın əvvəlki rəhbərliyində çalışan məmurlardan müsadirə edilən vəsait nəticəsində Əfqanıstan Mərkəzi Bankına təxminən 17 milyon dollar pul daxil olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Mərkəzi Bankı öz "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, pullar əsasən Kabil, Pəncşir, Xost və Lövgər vilayətinə rəhbərlik etmiş keçmiş məmurların qeyri-qanuni yollarla əldə etdiyi vəsaitdir.