Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 11:16
“Apple” korporasiyası “iPhone 12” üçün Çinin “BOE Technology Group” şirkətinin istehsalı olan OLED displeylərin sınaqdan keçirilməsi üzrə yekun mərhələdədir. Bu barədə “Nikkei” dərgisi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, ABŞ korporasiyası Çin məhsulunun köməyi ilə öz smartfonlarında Cənubi Koreyanın “Samsung” şirkəti tərəfindən tədarük olunan OLED displeyləri əvəz etmək istəyir.
Hazırda “BOE” şirkəti “Huawei Mate X” qabaqcıl smartfonu üçün displeylər tədarük edir. ABŞ-da OLED displeylər istehsal edilmir.
Emil Hüseynov