Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 21:26
Avstraliyanın Sidney şəhərində restoran və kafelər üçü ay yarım davam edən məhdudiyyətlərdən sonra qapılarını müştərilərinin üzünə açıblar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 11-dən Sidney də daxil olmaqla Yeni Cənubi Uels ştatı hökuməti tam vaksin olunmuş vətəndaşların ictimai iaşə obyektlərinə daxil olmasına icazə verib.
Xatırladaq ki, koronavirusun "delta" ştamının yayılmasına görə iyunun sonlarından Sidneydə gəzinti və iqtisadi fəaliyyətə məhdudiyyətlər tətbiq edilmişdi.
Bildirilir ki, son məlumatlara görə Yeni Cənubi Uels ştatında tam peyvənd olunanlar artıq əhalinin 70 faizini təşkil edir.
Məsələni şərh edən Baş nazir Skott Morrison bildirib ki, bu gün çoxlarının səbirsizliklə gözlədiyi gündür. Baş nazir, həmçinin ölkənin karantindən çıxması üçün sakinləri vaksinasiyanı davam etdirməyə çağırıb.
Eyni zamanda, Avstraliya hökumətinin gələn aydan ölkəyə gəlişə və buradan gedişə tətbiq edilən məhdudiyyətləri yumşaldacağı da bildirilir.