Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygün vəfat edən atası haqqında: Mənim üçün ölməmisən

Aygün vəfat edən atası haqqında: Mənim üçün ölməmisən

Tarix: 12 Oktyabr 2021 12:10

Bu gün sənsiz ilk doğum günümdür, atam. Bu dünyada məni səndən çox heç kim istəyə bilməzdi. Niyə məni qoydun getdin? Amma mən səni qoyub getməzdim.

Sonxeber.net pubika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova instaqramda yazıb. Bu yaxınlarda atasını itirən sənətçi kədərini izləyiciləri ilə bölüşüb:

"Biz hər gün danışırdıq. Niyə indi danışmırsan axı. Sevimli qızının, balaca Aygünün ad günüdür, niyə təbrik etmirsən? Səninlə doğuldum, səninlə də yaşayıram. Mənim üçün ölməmisən. Səndən sonra nə qədər yaşasam da, gülsəm də əylənsəm də, bil ki, sənin üçün edəcəm ki, mənə baxıb sevinəsən. Bağışla ki, səni qucaqlayıb öpə bilmirəm".


Etiketlər:  Aygün vəfat edən atası haqqında Mənim üçün ölməmisən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ