Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 13:48
“Google” şirkəti “Smart Reply” adlı süni intellekt texnologiyasını “Gmail” elektron məktublar xidmətinə inteqrasiya edir. Məlumata görə, sözügedən texnologiya istifadəçilərin qrammatik səhvlərini düzəltməyə kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, süni intellekt real vaxt rejimində elektron məktubların mətnini təhlil edərək səhvlərin düzəlişi üçün öz variantlarını təklif edəcək. Mətndə tez-tez rast gəlinən qrammatik səhvlər qırmızı, mümkün səhvlər isə göy rənglə fərqləndiriləcək.
Bundan əvvəl “Google” şirkəti “Smart Reply” texnologiyasını sınaq rejimində “Google Docs” xidmətində tətbiq edib. Kompüter təliminə əsaslanan texnologiya müxtəlif tipli məktub və mətnlərdən ibarət məlumat bazalarını təhlil edir.
Hələ ki yeni funksiya yalnız ingilis dilini dəstəkləyən “Google G Suite” bulud xidmətinin istifadəçiləri üçün əlçatandır. İnternet nəhənginin rəsmisi yaxın vaxtlarda bu sistemin digər istifadəçilər üçün də əlçatan olacağına söz verib.
Emil Hüseynov