Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”a yeni funksiyalar gəlir

“WhatsApp”a yeni funksiyalar gəlir

Tarix: 12 Oktyabr 2021 21:52

"WhatsApp"ın tezliklə yeni funksiyaları işə düşəcək.

"WhatsApp" yaxın zamanlarda proqram yeniliklərinin sayını artıracaq. Tətbiqə yeni 4 funksiya da əlavə olunacaq.

Bu funksiyalardan ilki, smaylik cavab xüsusiyyətidir. Belə ki, artıq söhbətə smaylik ilə reaksiya verə biləcəksiniz.

"WhatsApp" yeni bir xüsusiyyəti də səsli mesajları mətnə ​​çevirmək olacaq. Gələn səsli mesajlar yazılı şəkildə görünəcək və mesajın hissələri arasında keçid etmək mümkün olacaq.

"WhatsApp", videoları səssiz olaraq izləyəməyə imkan verəcək bir yenilik hazırlayır. İstər "WhatsApp"ın öz kamera tətbiqi ilə çəkirsiniz, istərsə də qalereyanızdan bir material göndərməyə çalışırsınız. Video tənzimləmə ekranının sol üst küncündəki "səssiz" işarəsinə toxunaraq onun səsini kəsə bilərsiniz.

Son olaraq söhbət pəncərəsinə yeni rənglər əlavə olunacaq. Bu dəyişiklik, qaranlıq rejimdə tətbiqdən istifadə edənlər üçün nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  WhatsAppa yeni funksiyalar gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ