Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 15:03
Bakı. Trend:
Avqustun 22-də saat 11:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:56-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Bərdə şəhəri, Heydər Əliyev prospekti 111 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Trend-ə verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bərdə rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə söküntü işləri aparılan sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 37 mm-lik top mərmisi (OR-167N) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin