Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda əhalinin təbii artımı xeyli azalıb

Gürcüstanda əhalinin təbii artımı xeyli azalıb

Tarix: 13 Oktyabr 2021 21:52

Gürcüstanda əhalinin təbii artım tempi aşağıdır. 2020-ci ildə 46 min 520 uşaq dünyaya gəlib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsindən məlumat verilib.

Qurumun hesabatında bildirilir ki, 46 min 520 uşaqdan 24 min 289-u oğlan, 22 min 231-i qızdır. Bu göstərici 2019-cu illə müqayisədə 3,7 faiz azdır.

Qeyd edilir ki, son beş ildə ümumi doğum nisbəti azalmaqdadır.

Hesabatda bildirilir ki, 2020-ci ildə ölənlərin sayı 2019-cu illə müqayisədə 8,3 faiz artaraq 50 537 nəfər təşkil edib. Onların da 26 min 211 nəfər kişi, 24 min 326 nəfər qadındır.


Etiketlər:  Gürcüstanda əhalinin təbii artımı xeyli azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ