Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 08:44
Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.
Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Şalke"nin ikinci komandası doğma meydanda Köln "Fortuna"sı ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. "Şalke"nin yeganə qolunu da Dadaşov vurub. Millimizin sabiq hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.
"Şalke 2" bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.