Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 bacının Şəhid düşən bir qardaşı - VİDEO

4 bacının Şəhid düşən bir qardaşı -  VİDEO

Tarix: 15 Oktyabr 2021 13:36

Qayıdan torpaqların qayıtmayan oğulları. Bəli, söhbət 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalaraq torpaqlarımızın azad olunması uğrunda canını fəda edən oğullarımızdan gedir. O oğullar ki, ulduzlar qədər arzuları, günəş boyda ürəkləri vardı. İndi isə həmin ürəklər birləşərək, Vətən oldular. Bütöv, azad, firavan... Vətəni vətən edən oğullarımızdan biri də şəhid Cəlil Qüdrət oğlu Əliyevdir. 1998-ci il iyulun 12-də Mingəçevirdə doğulan Cəlil, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 22-də Hadrut döyüşlərində qəhrəmancasına şəhid olub.

Sonxeber.net realtv-yə istinadən xəbər verir ki,4 bacının bir qardaşı olan Cəlil, həm də iki ailənin tək pənahı idi.

Qaradağlı kəndinin yeganə şəhidi olan Cəlil Əliyevdən kənd əhli də ağızdolusu danışır.

Dünən bir evin, bu gün isə bir elin oğlu olan Cəlil Qüdrət oğlu Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra dövlət başçısının müvafiq sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif edilib.


Etiketlər:  bacının Şəhid düşən qardaşı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ