Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 09:38
Amerikanın məşhur pornoqrafik saytlarından olan "luscious"un texniki heyəti kibertəhlükəsizlik baxımından böyük səhvə yol verib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, yaranmış texniki xəta 1,2 milyon istifadəçinin, o cümlədən 40 min fransızın şəxsi məlumatlarının aşkar edilərək sosial şəbəkələrdə yayılmasına səbəb olub.
Məlumata görə, istifadəçilərin adları, e-mail poçt şifrələri, yaşadığı ünvanlar açıq-aydın üzə çıxıb.
Səhvi aşkar edən "vpnMentor" şirkətinin ixtisaslaşmış tədqiqatçıları ".fr" domeni ilə bitən 13 min elektron ünvanı müəyyən edib. Hətta bəzi istifadəçilərin iş e-mail poçtu vasitəsilə qeydiyyatdan keçərək pornosayta üzv olduqları məlum olub.
Lakin qarşı tərəf iddia edir ki, heç bir parolun sızmasından söhbət gedə bilməz. Yaranmış texniki xəta 4 gün sonra bərpa edilib.