Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 10:30
Son iki ayda koronavirusa yoluxma və ölüm halları ilk dəfə olaraq artıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adanom Qebreyesus bugünkü brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, bu fakt bir daha xatırladır ki, pandemiyanın bitməsinə hələ çox var.
Təşkilat sədri qeyd edib ki, hazırda Avropadakı artım digər bölgələrdəki azalmanı üstələyir.