Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 14:28
Gürcüstanda son sutkada daha 3 965 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 43 pasiyent vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Ötən 24 saat ərzində 4 327 nəfər müalicə olunaraq sağalıb.
Gürcüstanda indiyədək COVID-19-a 711 255 yoluxma faktı qeydə alınıb. Yoluxanların 652 205-i sağalıb, 9 961-i isə ölüb.