Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun müalicəsi üçün dərman mövcuddur?

Koronavirusun müalicəsi üçün dərman mövcuddur?

Tarix: 30 Oktyabr 2021 16:06

Rusiyalı anestezioloq-reanimatoloq Denis Protsenko koronavirusun müalicəsi üçün effektiv və məqsədyönlü dərman vasitəsinin olmadığını açıqlayıb.

"Müalicə dəyişir, lakin bu, virusun deyil, onun yaratdığı fəsadların müalicəsidir", - deyə tibb elmləri üzrə fəlsəfə doktoru bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, peyvənd immun sisteminin virusa qarşı hazırlanmasıdır. O, xəstəxanada yatan xəstələrin əksəriyyətinin vaksin vurdurmayanlar olduğunu vurğulayıb.

Protsenko onu da qeyd edib ki, altı aydan sonra COVID-19-a təkrar yoluxma riski var, ona görə də artıq bu xəstəlikdən sağalan vətəndaşlara hər altı aydan bir peyvənd olunmaq tövsiyə olunur.

Milli.Az


Etiketlər:  Koronavirusun müalicəsi üçün dərman mövcuddur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ