Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 23:36
Yaponiyanın 8 avtomobil şirkətinin istehsal gücü ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz azalıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, itkiyə yarımkeçirici çip təchizatı çatışmazlığı və COVID-19 pandemiyası dövründə fabriklərdə işlərin dayandırılması səbəb olub.
2021-ci ilin sentyabr ayında Yaponiyada 8 istehsalçı 398,75 avtomobil istehsal edib. Ən böyük istehsal itkisi "Subaru" və "Daihatsu" şirkətlərində baş verib.
Bu dövrdə "Subaru" 74,8 faiz, "Daihatsu" 68,2 faiz və "Honda" 55,5 faiz istehsal itkisi yaşadı. Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota isə sentyabr ayında 55,3% azalıb.
Bu, istehsalın 61,8% azaldığı 2020-ci ilin may ayından bəri ən böyük istehsal itkisi idi.