Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pəhriz qarında piylənmə yaradır

Pəhriz qarında piylənmə yaradır

Tarix: 31 Oktyabr 2021 14:15

Pəhriz qarında piylənməyə səbəb ola bilər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə yaponiyalı dietoloq Mivako Kodzima bildirib.

Mütəxəssis əmin edir ki, qarındakı qatlar həddindən artıq yeməkdən yox, düzgün olmayan qidalanma nəticəsində əzələ itkisindən yaranır. O qeyd edib ki, gənc yaşlarda insanın korset rolunu oynayan əzələləri olur. Ancaq 30 ildən sonra onlar zəifləyirlər, buna görə də qarın çıxmağa başlayır:

"Bu, sizi narahat etməyə başlayır və rasionunuzu məhdudlaşdırırsınız, lakin nəticədə daha çox əzələ itirirsiniz, bu da yağları yandırır və maddələr mübadiləsi azalır".

Kodzima qeyd edib ki, pəhrizin məqsədi bu deyil. Yeməmək yox, düzgün yemək lazımdır. Buna görə də pəhriz elə olmalıdır ki, metabolizma prosesini sürətləndirsin.

İlk növbədə, qarnı böyüyən insanlarda bir neçə ümumi xüsusiyyət var. Bunlar daim soyuq əllər və ayaqlar, aşağı bədən tempraturdur. Həmçinin, dəyişməyən qidalanmaya baxmayaraq, çəki artımının baş verməsidir.

Maddələr mübadiləsinin sürətləndirilməsinin mahiyyəti temperaturun artmasıdır. Buna görə də, sərin səhər yeməyi yalnız zərər verə bilər. Yalnız tərəvəz yemək olmaz, həmçinin protein mənbələri - ət və balıq istehlak etməlisiniz. Sıfır kalorili qidalar da maddələr mübadiləsini azaldır, buna görə zərərlidir.


Etiketlər:  Pəhriz qarında piylənmə yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ