Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 12:48
"Həkim məsləhəti olmadan uşaqlara hər hansı vitamin verilməsi düzgün deyil".
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi xüsusilə də payız və qış fəsillərində geniş vüsət alan immunitet zəifliyini nəzərə alaraq valideynlərə xəbərdarlıq edib.
Səhiyyə Nazirliyinin məsləhətçisi Aynurə Zeynalovanın sözlərinə görə, xüsusilə də D vitamininin bədəndə çox olması xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Orqanizmdə vitamin ehtiyacının təmin olunması üçün uşaqlarda qida vərdişləri və düzgün yuxu rejimi formalaşmalıdır: "Biz dəfələrlə valideynləri bu barədə məlumatlandırsaq da, nəticə dəyişmir".
Pediatr Estella Məhərrəmova isə deyib ki, işlədiyi 4 saylı uşaq poliklinikasına tez-tez bu şikayətlərlə xəstə qəbul etsələr də, valideynlər öz vərdişlərini dəyişmək istəmirlər.
Valideynlər arasında bu məsələyə münasibət isə birmənalı deyil.
Məlum olduğu kimi vitaminlərin bəzilərini reseptsiz əldə etmək mümkündür. Əsasən hansı vitaminlərin alındığını elə aptekdən soruşmuşuq.
Mütəxəssislərin fikrincə, səhv və yersiz dərman qəbulu ölümlə nəticələnə bilər. Bu risk zərərsiz hesab edilən vitaminlər üçün də keçərlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: