Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 13:02
Bakının Suraxanı rayonu ərazisində yerləşən binalardan birinin zirzəmisinə kanalizasiya suyu axır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Yeni Günəşli qəsəbəsi AB yaşayış massivindən gedir.
Həmin ərazidəki bina 127-nin sakinləri kanalizasiya sularının zirzəmiyə dolmasından şikayətçidirlər. Onların sözlərinə görə, vəziyyət o həddə çatıb ki, üfunətdən evlərində otura bilmirlər.
Sakinlər iddia edirlər ki, yaşadıqları binanın zirzəmisində uzun müddətdir belə acınacaqlı vəziyyət hökm sürür.
Çəkiliş apardığımız zaman əraziyə Suraxanı rayon Sukanal İdarəsinin rəis müavini Mehman Həşimov da gəldi. Rəis müavini bizimilə birlikdə sakinləri narahat edən vəziyyətlə yerindəcə tanış oldu.
Mehman Həşimov dedi ki, ərazidə təmir işləri aparılacaq və problem aradan qaldırılacaq. O həmçinin dedi ki, binanın zirzəmisində havalndırma sisteminin olmaması pis qoxunun ətrafa daha tez yayılmasına şərait yaradır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: