Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil bazarında durğunluq yaşanır - VİDEO

Avtomobil bazarında durğunluq yaşanır - VİDEO

Tarix: 1 Noyabr 2021 13:50

Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki,  satıcılar avtomobilləri ucuz qiymətə təklif etdiklərini deyirlər, alıcılar isə nəqliyyat vasitələrinin bahalığından şikayətlənirlər.

Məsələn, Tovuzun maşın bazarında müştərilərə daha çox "VAZ" markalı avtomobillər təklif edilir.

Alıcılar qiymətlərin yüksək olmağından gileylənirlər. Nəticədə hər iki tərəf istəyinə çata bilmir.

Gəncənin maşın bazarında da vəziyyət eynidir. Satıcılar alqı-satqının zəif olmasını pandemiya ilə əlaqələndirirlər.

Bazarlarda belə vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Avtomobil bazarında durğunluq yaşanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ