Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Faciəvi məhəbbət - Əli və Nazifənin Bakıya qaçması... - ''Taliban''ın barələrində ölüm hökmü çıxardığı cütlük

Faciəvi məhəbbət - Əli və Nazifənin Bakıya qaçması... - ''Taliban''ın barələrində ölüm hökmü çıxardığı cütlük

Tarix: 1 Noyabr 2021 14:06

İtaliyanın "Basilicata" nəşri Əfqanıstandan olan jurnalist Nur Əli ilə sevgilisi Nazifə Rəhmətinin dramatik sevgi hekayəsindən bəhs edib. Milliyyətcə xəzər olan Nur Əli şiədir. Onun sevgilisi Nazifə sünni təriqətinə etiqad edən etnik tacikdir. Əsrlər boyu orta əsrlərin namus və əxlaq qanunları ilə yaşayan Əfqanıstanda onların birliyi ağlasığmaz görünür. Bəlli olduğu kimi, Əfqanıstanda xəzərlər təqib olunan etnik azlıqlardır və sünnilərlə şiələrin evliliyi burada heç vaxt xoş qarşılanmayıb. Buna baxmayaraq, gənc cütlük sevgilərini qoruyub saxlaya bilib. Nur Əli Nazifə ilə Kabil Universitetində tanış olub. Lakin xəzəri ilə tacik qadının bir yerdə ola bilməyəcəyini çox gözəl bilən qız görüşdən imtina edir. Ancaq Nur Əli təslim olmayaraq Nazifə ilə ünsiyyət qurmağın orijinal yolunu tapır - bir neçə il Facebook-da onunla ünsiyyət qurur, özünü qız kimi təqdim edib.

Sonxeber.net haqqın.az-a istinadən xəbər verir ki, universitetdə təhsilini bitirəndə cəsarət toplayıb özünü təqdim edəndə Nazifə əvvəlcə şoka düşür, buna baxmayaraq gənclə ünsiyyətini davam etdirir və ona aşiq olur. Nur Əli Nazifənin ailəsinə evlənmək istədiyini dedikdə qızın ailəsi xəzərlərlə danışmaqdan belə imtina edib. Üstəlik, Nazifənin atası qızını bütün ailəni rüsvay etməkdə ittiham edib. Və burada Nazifə qətiyyət göstərib. O, atasını Nur Əli ilə görüşməsinə icazə verməyəcəyi təqdirdə intihar edəcəyi ilə hədələyib. Nəhayət, ata bundan imtina edir. Atalarının bağlı qapılar arxasında görüşü saatlarla davam edib, bundan sonra qızın atası qohumlarının yanına çıxıb və bu qeyri-adi evliliyə xeyir-dua verdiyini bildirib.

Lakin gənclərin xoşbəxtliyi uzun sürmür. Nazifənin atasının qohumları ailə məclisində atasını fikrindən daşındıra bilir, bundan sonra Nur Əli və Nazifə gizli evlənmək qərarına gəlir və bu da az qala onlara canları hesabına başa gələcəkdi.

Gizli toydan xəbər tutan Nazifənin qardaşları və qohumları yeni evlənənləri öldürmək qərarına gəlir. Qızın atası son anda faciənin qarşısını alıb. Həkimlər Nazifənin qardaşları tərəfindən ölümcül hala salınan Nur Əlinin həyatını xilas edə bilib. Sonra Nur Əli və Nazifə Əfqanıstandan qaçmağa qərar verirlər. Əvvəlcə Pakistana köçür, oradan isə dostlarının məsləhəti ilə Azərbaycana pənah gətirirlər. Gənc cütlük iki ilə yaxın Bakıda olub. Ali təhsilinə və dil bilməsinə baxmayaraq, Nur Əli özünə uyğun iş tapa bilməyib və tikintidə fəhlə kimi işə düzəlib. Çətin yaşayır, dolanışıqlarında problem var, qazandıqları pul bir otaq kirayə və yeməyə güclə çatır. Və bütün bu müddət ərzində yeni evlənənlər kömək üçün müntəzəm olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsinə müraciət edirdilər. Bakıda onların bir qızı olub, cütlüyün adını Lalə qoyublar. Nur Əli və Nazifə Azərbaycanda övladına heç olmasa yaxşı yaşamaq üçün bir az da olsa perspektiv təmin edə bilməyəcəklərini anlayaraq son dərəcə riskli qərar verdilər - iki il əvvəl az qala öldürüldükləri Əfqanıstana qayıdırlar. Onların qayıtmasından bir neçə həftə sonra bütün dünyanı şoka salan hadisə baş verdi - Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdi. Sözün əsl mənasında, Nur Əli və Nazifə son anda qaçqın izdihamını yarıb Fransa sülhməramlılarının nəzarəti zonasına daxil olub, hansısa möcüzə ilə onları təxliyə etməyə razı sala biliblər. Balaca Lalə əziyyət çəkib, qolu yerindən çıxıb. Fransada cütlük qaçqın statusu almaq üçün bir neçə ay boşuna cəhd edib. Lakin sonda Fransa rəsmiləri və BMT-nin Qaçqınlar üzrə İdarəsi cütlüyə Almaniyaya getməyə kömək edirlər, onlar hazırda qaçqın düşərgəsində yaşayırlar və öz taleyini gözləyirlər.

Kamran Seyidov


Etiketlər:  Faciəvi məhəbbət Əli Nazifənin Bakıya qaçması Talibanın barələrində ölüm hökmü çıxardığı cütlük


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ