Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 07:24
Sağlamlığınızı qorumaq üçün müntəzəm sürətdə sağlamlığınıza diqqət etməlisiniz.
Bunun üçün bir çox müxtəlif prosedurlar mövcuddur, ancaq ən effktiv olanları səhər yuxudan ayılandan sonra edilənlərdir. Bu prosedurlar 5 dəqiqədən artıq vaxtınızı almayacaq və həmçinin də sağlamlığınıza çox fayda verəcək. Bu zaman ən əhəmiyyətli məqam müntəzəmlikdir. Başlanğıcda biraz çətin ola bilər, ancaq bir müddətdən sonra bu, vərdiş halına gələcək. Bu prosedurların həyata keçirilməsi üçün isə sizə sadəcə olaraq limon, su, bal və hidrogen-peroksid lazım olacaq.
Dilin təmizlənməsi
Hər kəs səhərlər dişlərini fırçalayır, ancaq olduqca vacib olan bir amil - dilin təmizlənməsi barədə unudulmamalıdır. Bu prosedurun əhəmiyyəti və vacibliyi barədə insanlar hələ qədim dövrlərdən məlumatlıdır. Orta əsrlərdə yaşamış ən böyük və tanınmış təbiblərdən biri olan İbn Sina dilin təmizlənməsini ağız boşluğuna gündəlik qulluq prosedurlarına daxil etməyi qətiyyətlə tövsiyyə edirdi. Bunu diş fırçası və ya xüsusi fırça vasitəsilə etmək mümkündür.
Dilin təmizlənməsi nəyə lazımdır:
1. Bu, mədəyə düşərək müxtəlif xəstəliklər əmələ gətirə biləcək bakteriyalardan xilas olmağı təmin edir.
2. Dildəki bakteriyalar ağızdan xoşagəlməz qoxu gəlməsinin, həmçinin ağız boşluğu xəstəliklərinin əsas səbəblərindən biridir.
Bir stəkan qaynar su
Çoxları yuxudan sonra maye balansını bərpa etməyin necə önəmli olduğundan xəbərdardır. Qaynamamış, filtrdən süzülmüş suyu qaynar olana qədər qızdırın. Qaynamamasına diqqət edin. Bir stəkanı tam şəkildə bu su ilə doldurun, içinə limon dilimi atın və ya sadəcə biraz limon şirəsi sıxın. Yeməkdən 20 dəqiqə əvvəl kiçik udumlarla yavaş-yavaş için.
Bu sadə içki nə ilə faydalıdır?
1. Su həzm sistemini normaya salır, orqanizmi qida qəbuluna hazırlayır.
2. Maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamağa yardımçı olur.
3. Qaraciyəri təmizləyir.
4. Limon şirəsində çox sayda mikroelementlər (kalsium, fosfor, kalium, natrium, maqnezium, dəmir), həmçinin B və C vitaminlər qrupu mövcuddur.
Yeməkdən əvvəl bal
Səhər yeməyindən 10 dəqiqə əvvəl bir çay qaşığı bal yeyin və üzərindən su için. Bal təbii və təzə bal olmalıdır.
Səhərdən bir qaşıq bal yemək nə üçündür?
1. Bal - mikroelementlər və vitaminlər qaynağıdır. Balın tərkibində böyük miqdarda fruktoza və qlükoza vardır ki, bunlar da orqanizmə enerji verərək beynin fəaliyyətini gücləndirir və iş qabiliyyətini artırır.
2. İmmuniteti gücləndirir.
3. Antioksidant xüsusiyyətlərə malik olan bu məhsul orqanizmin yaşlanmasının və gücdən düşməsinin qarşısının alınmasına yardımçı olur.
Ağzın hidrogen-peroksid məhlulu ilə yaxalanması
Səhər yeməyindən sonra ağzınızı hidrogen-peroksid həll olunmuş su ilə yaxalayın. 3 % faizli hidrogen-peroksid məhlulundan 5-7 damcını 50 mq qaynamayan su ilə qarışdırın.
Ağzı belə məhlulla yaxalamaq nə üçün lazımdır?
1. Kariesə, diş və diş əti ağrılarına qarşı mükəmməl profilaktikadır.
2. Ağızdan xoşagəlməz qoxunu itirir.
3. Dişləri yüngül ağardır.
Bu prosedurları hər səhər təkrar edin və özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz.