Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 08:58
Covid-19 pandemiyasından dünyasının dəyişənlərin sayı 5 milyon nəfəri keçib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açılamasında qeyd edilir.
Qurum bildirir ki, bu statistika xəstəliyin aşkar olunduğu gündən indiyədək müxtəlif ölkələrin yaydığı rəsmi məlumatlar əsasında tərtib edilib. Lakin real rəqəm bundan 3 dəfə çox ola bilər.
Son 1 ildə gündəlik ölüm sayı ötən həftə 8000 nəfərdən az olsa da, ümumi vəziyyət gərgin olaraq qalır. Avropada yoluxma və ölüm hallarının artması digər qitələrdə qeydə alınmış yaxşılaşmanı kölgədə qoyur.
Covid-19-dan ən çox ölüm faktı Latın Amerikası və Karib hövzəsində qeydə alınıb. Pandemiya başlayandan burada 1 500 000-dən çox insan xəstəliyin qurbanı olub. Ölkələr üzrə götürdükdə ən yüksək ölüm göstəricisi ABŞ-dadır. Son 10 gündə gündəlik ölüm hal 1400 nəfər ətrafında dəyişir. Rəsmi məlumata görə ölkədə 747 min nəfər covid-19-dan dünyasını dəyişib.
Xəstəliyin ilk ocağı olmuş Çİndə isə sərt tədbirlərlə pandemiyanı cilovlamaq mümkün olub.