Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail sərhədlərini turistlərə açır

İsrail sərhədlərini turistlərə açır

Tarix: 2 Noyabr 2021 09:14

İsrail 20 aydan sonra sərhədlərini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş dərmanlarla altı ay əvvəl koronavirusa qarşı peyvənd edilmiş xarici turistlər üçün açıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Pfizer", "Moderna", "AstraZeneca", "Sinovac", "Sinopharm", "Johnson & Johnson" və "Covishield" dərmanları ilə tam peyvənd olunmuş əcnəbilərin ölkəyə buraxılmasına icazə verilir. Xüsusilə, son peyvənd altı aydan çox müddət olmayaraq vurulmalıdır. Bu şərtlərə cavab verən xarici vətəndaşlar həm də uçuşdan 72 saat əvvəl və Ben Qurion hava limanında PCR testləri etməli, həmçinin mənfi nəticə əldə olunana qədər İsraildə təcrid olunmalıdırlar.

İsrailə gəlmək istəyənlər ölkəyə daxil olmazdan 14 gün əvvəl (koronavirusun yayılması təhlükəsi ilə bağlı) qırmızı zonada olan hansısa dövlətdə olmamalıdırlar".


Etiketlər:  İsrail sərhədlərini turistlərə açır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ